Bakı-Xarkov qatarında inanılmaz olay - Sərnişin doğdu - FOTO

Gündəm 30 İyun 2016 18:28 Oxunub 5576
Bakı-Xarkov qatarında inanılmaz olay - Sərnişin doğdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən, qatar rəisi İlhamə Bağırova,  5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər. Sərnişin bətnində daşıdığı müqəddəs yükdən azad olub və bir oğlan övladı dünyaya gəlib. Volqoqrad stansiyasında “Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb. “Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər. 

Qeyd edək ki, məlumatı Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov verib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh