Maşın bazarında güclü yanğın baş verib - VİDEO

Gündəm 1 İyul 2016 01:19 Oxunub 1396
Maşın bazarında güclü yanğın baş verib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb

Bakının Nizami rayonu ərazisində yerləşən Maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb. 

***22:11

Bakının Nizami rayonunda yerləşən maşın bazarında güclü yanğın başlayıb. "Report" xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb. APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib. Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: “Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığına və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb”.

R.Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib. “Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”.

O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib. Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh