Alman maşınları zay çıxdı: hər an qəza ola bilər

Avtobazar 11 Avqust 2014 11:23 Oxunub 3030
Alman maşınları zay çıxdı: hər an qəza ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Volkswagen avtomobillərində problem yaranıb

Almaniyanın Volkswagen şirkəti 190 min avtomobilini geri çağırır. Milli.az Rusiya mətbuatına istinadən bildirir ki, bu avtomobillərin yanacaq sistemində qüsurlar var. Yanacaq yanma hissəsinə keçmir. Geri çağırılan avtomobillər 2009-2014-cü illərdə istehsal olunmuş Tiguan modelləridir. Ekspertlərin sözlərinə görə, qış mövsümündə istifadə zamanı bu avtomobillərin yanacaq bölməsində hava toplanır. Nəticədə mühərrik boğula və qəza baş verə bilər.  Şirkət təmsilçiləri bildirirlər ki, həmin problem ucbatından qəza baş verməsi hələ ki, məlum deyil, ancaq qüsur mütləq aradan qaldırılmalıdır. Dilerlər qüsurları ödənişsiz olaraq aradan qaldırmağa hazır olduqlarını bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh