Bakıda "London taksi" sürücüləri ayağa qalxdılar - VİDEO

Xəbərlər 12 Avqust 2014 16:49 Oxunub 2574
Bakıda "London taksi" sürücüləri ayağa qalxdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar gündəlik planın hansı səbəbdən qaldırılmasını öyrənmək istəyirlər

“London taksiləri"ndə planın artırılması sürücüləri bu gün bir araya gətirib. Etirazlarını öz işlədikləri taksi parkının rəhbərliyinə aksiya şəklində çatdırmağa çalışan sürücülərin bir çoxu, işdən gedəcəklərini də deyir. Rəhbərlik isə qiymət artımını inkar edir. ANS-in məlumatına görə, onlar gündəlik planın hansı səbəbdən qaldırılmasını öyrənmək istəyirlər. “London taksiləri"nin 50-60 sürücüsü Binəqədidəki bazada rəhbərliyin keçirdiyi iclasda iştirak edib. Onlar gündəlik planın 28 AZN-dən 34 AZN-ə qaldırıldığı üçün etriaz ediblər. Rəhbərlik isə etarazın daha da geniş vüsət almaması üçün onları dinləməyi qərara alıb. İclası yarıda tərk edən sürücülərin bir qismi bu planın onların ziyanına olduğunu deyir. Çünki hazırkı planı verməkdə az çətinlik çəkmirlər.

Taksi sürücüsü Namiq Rzayev kimi digər sürücülər də iclasdakı fikirlərlə razılaşmır və planın qaldırılmasının taksilərin və onların yerləşdiyi bazanın təmiri xarakteri daşıdığını düşünürlər. 

Kimi bu şərtlərlə işləməyəcəyini, kimi də elə bu gündən etibarən açarları təhvil verib gedəcəyini deyirdi. Mövcud vəziyyətə etiraz edən sürücülərin aqibətinin necə olacağını öyrənmək üçün rəhbərliklə görüşməyə cəhd etdik. Amma idarənin məsul işçilərindən biri buna imkan verməsə də bildirdi ki, heç bir plan qaldırılmayıb, burdakı söhbət başqadır.

Bizə verilən cavab fərqli olsa da taksi sürücüləri və idarənin öz əməkdaşları narazılığın planın qaldırılması səbəbindən olduğunu deyirdilər. İsrarla "rəhbərliklə görüş mümkün deyil", deyən idarə işçiləri isə bizə ironiya ilə yaxşı yol deyib, arxamızca su atmağı da unutmadılar. 

Su aydınlıqdır, deyiblər. Hər halda bizim gördüyümüz iş aydındır, amma bu taksi sürücülərinə, elə çoxuna aydın olmayan məqamlar hələ də qalmaqdadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh