Formula -1 üzrə Böyük Britaniya Qran-prisinin qalibi məlum oldu - FOTO

Avtoreyd 11 İyul 2016 13:49 Oxunub 1549
Formula -1 üzrə Böyük Britaniya Qran-prisinin qalibi məlum oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Luis Hamilton Böyük Britaniya Qran-prisinin qalibi olub

Formula-1 üzrə dünya çempionatının iyulun 8-10-da keçirilən onuncu yarışında – Böyük Britaniya Qran-prisində qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə dördüncü qələbəsini qazanıb. Avtosfer.az xəzərxəbər-ə istinadən xəbər verir ki, onuncu yarışda pilotlar “Silverstoun” trasında uzunluğu 5891 metr və 18 döngədən ibarət olan trekdə mübarizə aparıblar.

Luis Hamilton yarışı 1 saat 34 dəqiqə 55,831 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 8,250 saniyə geridə qalan Maks Ferstappen (Red Bull Racing) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 16,911 saniyə sonra finişə çatan Niko Rosberq (Mercedes, 15 xal) tamamlayıb.

Niko Rosberq yarışı ikinci pillədə başa vursa da, danışıq limitini pozduğu üçün cərimələnərək üçüncü olub.

Onuncu Qran-pridən sonra “Mercedes”in pilotu Niko Rosberq 168 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən doqquz mərhələdən beşində (Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan) qalib gəlib. Cari mövsümdə dördüncü qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 1-ə endirib və ikinci sırada qərarlaşıb. Onun hesabında 167 xal var. Aktivində 106 xal olan Kimi Raikkonen (Ferrari) üçüncü, Daniel Rikkardi (Red Bull Racing) 100 xalla dördüncü və 98 xala sahib olan Sebastian Vettel (Ferrari) isə beşincidir.

Çempionatın növbəti – on birinci yarışı iyulun 22-24-də Macarıstanda keçiriləcək.

Qeyd edək ki, yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

http://www.xezerxeber.com/uploads/images/large/2016/07/11/76622161.jpg

http://www.xezerxeber.com/uploads/images/large/2016/07/11/07000694.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh