Paytaxtın ictimai nəqliyyat sektorunda çox mühüm YENİLİK

Yeniliklər 12 Avqust 2014 11:32 Oxunub 2055
Paytaxtın ictimai nəqliyyat sektorunda çox mühüm YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücülərinə əmək haqqı sistemi tətbiq olunacaq

Gələn ilin əvvəllərində paytaxtın ictimai nəqliyyat sektorunda əmək haqqı sistemi tətbiq olunacaq. Avtosfer..az AzərTAc-a istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, kart-ödəniş sisteminin tam tətbiqinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Birinci Avropa Oyunlarınadək ictimai nəqliyyatda nağd ödəniş aradan qaldırılacaq. Bu isə sürücülərin əmək haqqı sisteminə keçidini sürətləndirməyə imkan yaradacaq. Sahibkar bu gün sürücü ilə müqaviləni gündəlik hesablaşma əsasında bağlayır. Kart-ödəniş sisteminin tam tətbiqindən sonra tərəflər arasında əmək müqaviləsi imzalanacaq və sürücüyə konkret maaş təyin olunacaq. Əmək haqqı marşrutun gəlirliliyi, iş rejimi nəzərə alınmaqla sahibkar tərəfindən müəyyənləşdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh