Marketlər müştərilərdən parkomat pulu yığır - VİDEO

Qaydalar 13 İyul 2016 00:01 Oxunub 2963
Marketlər müştərilərdən parkomat pulu yığır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda böyük marketların qarşısında belə mənzərə ənənə halını alıb

Son zamanlar Bakıda,  xüsusilə də böyük marketların qarşısında belə mənzərə ənənə halını alıb. Marketlərin qarşısındakı bu hala münasibət birmənalı deyil. Avtomobilini saxlayıb alış-verişə girənlər marketlərin müştərilərdən bu şəkildə qəpik-quruş qoparmağa çalışmasını doğru saymır. Əksər ərazilərdə sürücülərə dırnaqarası xidmət göstərən belə şəxslər kameramızı görən kimi qaçıb gizləndi.

Bakıda parkomatlara nəzarət edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən bildirildi ki, sözügedən məsələdən xəbərdardılar və həmin ərazilərdə parkomatların quraşdırılması üçün müraciətlər hazırlanır. Əgər həmin ərazilərdə avtomobillərin saxlanması nəqliyyatın axınına təsir göstərmirsə parkomatlar quraşdırılacaq.

Hazırda isə bu şəkildə sürücülərdən qanunsuz pul yığan şəxslərlə polis müabrizə aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh