“Nissan” pilotsuz avtomobil bazarına girir

Avtobazar 13 İyul 2016 20:52 Oxunub 1460
“Nissan” pilotsuz avtomobil bazarına girir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin qiyməti 28 min dollar olacaq

Yaponiyanın “Nissan Motor” şirkəti bu ilin avqustunda “Serena” minivenlərini (kiçik furqon) satışa çıxarmağa hazırlaşır. İKT.lent.az-ın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, avtomobilin əvvəlcə yapon bazarına çıxarılacağı gözlənilir. “Nissan Serena” avtonom “ProPilot” kompleks idarəetmə sisteminə malikdir. Lakin onu tam avtopilot adlandırmaq olmaz. “ProPliot” sayəsində avtomobil yalnız magistral yollarda, seçilmiş zolaq üzrə müstəqil hərəkət edə bilər. Lakin döngələrdə və ya başqa zolağa keçmək lazım gəldikdə, sürücüyə ehtiyac duyulur. “ProPilot” bir növ adaptasiya olunmuş kruiz-nəzarət funksiyasıdır.  

Avtomobilin qiyməti 28 min dollar olacaq. “Serena” modeli “Nissan” üçün pilotsuz avtomobil bazarına giriş üçün ilk addımdır. 2017-ci ilin sonuna qədər konsernin pilotsuz “Qashqai” buraxmağa hazırlaşdığı barədə söz-söhbət yayılıb. 2018-ci ilin sonuna qədər isə yaponlar “ProPilot”a tam avtonom idarəetməni öyrədərək bu sahədə “Tesla” ilə rəqabətə girmək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh