Kortejə girən sürücü yol polisini ayağa qaldırdı - ÖZƏL

Avtoxəbər 13 Avqust 2014 22:02 Oxunub 6234
Kortejə girən sürücü yol polisini ayağa qaldırdı - ÖZƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin tələbinə baxmayaraq kortejdə hərəkət edən sürücüyə 100 manat və 3 bal cərimə yazılıb

Avqustun 11-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları kortejə qoşularaq hərəkət edən «Mersedes» markalı, 90 MM 869 dövlət nömrə nişanlı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Bu barədə Avtosfer.az saytına Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri, Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Oqtay Taryel oğlu Yusifov xüsusi təyinatlı nəqliyyat vasitələrinin müşaiyyəti zamanı hərəkətdə olarkən idarə etdiyi «Mersedes» markalı avtomobillə kortejə qoşulub və yol boyu onların arxasınca hərəkət edib. Lakin DYP əməkdaşlarının gördüyü tədbirlər nəticəsində Oqtay Yusifov saxlanılaraq barəsində qanunvericikdə nəzərdə tutulmuş qaydada inzibati tədbir görülüb. Bu tədbir isə sürücünün 100 manat və 3 balla cəzalandırılması deməkdir. Digər tərəfdən, Vaqif Əsədov bildirib ki, sürücünün bir neçə dəfə yol polisinin kortejdən çıxmaqla bağlı göstərişinə əməl etməməsi də polisə tabesizlik kimi araşdırılır: «Yol boyu əməkdaşlarımız tərəfindən sürücüyə «saxla» işarəsi verilsə də, sürücü əhəmiyyət verməyərək kortejin arxasınca hərəkəti davam etdirib. Buna görə də əməkdaşlarımız digər vasitələrə əl atıblar. Süni sıxlıq yaradılaraq avtomobilin qarşısı kəsilib və sürücü Oqtay Yusifov saxlanılaraq məsuliyyətə cəlb edilib, avtomobil isə cərimə meydançasına gətirilib».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh