Bakıda yeni yol salınır - VİDEO

Yeniliklər 13 Avqust 2014 12:01 Oxunub 1912
Bakıda yeni yol salınır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Şamaxı-Yevlax istiqamətində gediş-gəliş asanlaşdırılacaq

Bilgəhdən Bakı-Şamaxı-Yevlax istiqamətində gediş-gəlişin asanlaşdırılması üçün yeni bir yol çəkilir, yolun uzunluğu 42 km-dir. ANS-in məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-ci kilometrliyinin kəsişən hissəsi Bakı-Şamaxı avtomobil yoluna birləşəcək. Yolun 16,5 kilometrlik hissəsində artıq işlər yekunlaşıb. 22-ci kilometrliyində isə işlər hələ də davam etdirilir. Sözügedən yolun 34-cü kilometrliyində isə hamarlayıcı qat vurulur. Yolun bir hissəsinə artıq asfalt-beton qatı vurulub. Həmin ərazidə maşınların hərəkətinin rahat gediş-gəlişini təmin etmək məqsədilə 4 körpü də tikiləcək. Artıq 3 körpü tikilib. 3 yolötürücüsü və bir mal-qara keçidinin, eləcə də yeni bir qovşağın tikilməsi də yeni plana daxildir. Tikiləcək qovşağın uzunluğu 48 metr, eni isə 33 metr olacaq. 4 hərəkət zolaqlı yol salınıb sürücülərin istifadəsinə veriləcək. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, Novxanıdan qarşı tərəfə hərəkət etmək istəyən sürücülər, yolötürücüsünün üst hissəsilə hərəkət edərək rahat istifadə edə biləcəklər. Bütün işlərin 2015-ci ildə yekunlaşacağı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh