Köhnə kran bu evlər üçün təhlükədir - VİDEO

Qaydalar 19 İyul 2016 00:32 Oxunub 2085
Köhnə kran bu evlər üçün təhlükədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İllər əvvəl işlədilmiş, hazırda isə çürüməkdə olan nəhəng qurğu təhlükə mənbəyinə çevrilib

Köhnə daşıyıcı kran evin üzərindədir. Belə vəziyyət Sumqayıt şəhəri Ceyranbatan bağlar massivindədir. Kranın altında bir neçə yaşayış evi tikilib. İllər əvvəl işlədilmiş, hazırda isə çürüməkdə olan nəhəng qurğu təhlükə mənbəyinə çevrilib. Xüsusilə də hava küləkli olanda. Sakinlərin sözlərinə görə, əvvəl bu ərazidə beton zavodu fəaliyyət göstərib. Bu kran da həmin zavodda işlədilib. Ancaq sonradan zavod fəaliyyətsiz qalıb və sahibi kranı götürmək vəədi ilə ərazini sakinlərə satıb. Sakinlər də bu ümidlə hətta kranın relsləri arasında ev tikiblər. Ancaq illər keçsə də nə torpağı satandan xəbər var, nə də kranın götürüləcəyini deyən.

Kranın uzun illər burada olması və çürüməyə başlaması sakinləri narahat edir. Sakinlərin sözlərində görə, kranın götürülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətdə olunub. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, əraziyə baxış keçiriləcək və araşdırma aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh