Avtobus sürücülərinin özbaşınalığına niyə son qoyulmur? - VİDEO

Qaydalar 19 İyul 2016 01:01 Oxunub 1760
Avtobus sürücülərinin özbaşınalığına niyə son qoyulmur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar təsirli addım atmalıdır

Bəzi avtobus sürücüləri dayanacaq ola-ola avtobusu onlarla metr qabaqda saxlayır. Avtobusu yüksək sürətlə idarə edərək sərnişinləri təhlükəyə atmaq isə bəzi avtobus sürücülərinin günlük həyatının bir hissəsinə çevrilib. Avtobus sürücülərinin özbaşınalığı və qayda pozuntuları hər zaman olduğu kimi yenə gündəmdədir. Bir çoxları düşünür ki, avtobus sürücülərinin özbaşınalıqlarına səbəb cəzasız qalmalarıdır. Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, şikayətlər nəticəsində 63 və 184 nömrəli marşrut xətləri ilə bağlı ciddi cəza tədbiri həyata keçirilib. Onlardan biri bağlanıb, digəri isə başqa sahibkara həvalə edilib. Bundan başqa cəzalananlar da var. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın dediyinə görə, sürücüləri qaydaları mütəmadi şəkildə pozan və şikayətlər gələn sahibkarlardan marşrut xətti geri alınacaq. Bakı Nəqliyyat Agentliyi müxtəlif cəza tədbirləri həyata keçirir. Ancaq avtobus qəzalarının yenə də təkrarlanması və avtobus sürücülərinin qayda pozmağa davam etməsi bunu göstərir ki, qurum bu şəxslərlə bağlı daha ciddi addım atmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh