Vüsal Kərimli “Xaliq Faiqoğlu”nun avtobuslarına baxış keçirdi – FOTOLAR

Qaydalar 19 İyul 2016 12:40 Oxunub 4131
Vüsal Kərimli “Xaliq Faiqoğlu”nun avtobuslarına baxış keçirdi – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yüksək xidmətn təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılması yolverilməzdir"

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və dövlət nəzarəti tədbirlərini davam etdirir. Bu sahədə sərnişinlərə göstərilən xidmətin daha müasir və yüksək standartlara uyğun təşkili məqsədi ilə müntəzəm sərnişindaşıma xidməti ilə məşğul olan daşıyıcı şirkətlər qarşısında qanunvericilikdən eləcə də avtobuslar üçün nəzərdə tutulan yeni konsepsiyaya uyğun olaraq konkret tələblər qoyulub. Sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılmasını təmin etmək, qoyulan tələblərin icra vəziyyətini yerində öyrənmək və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərdə monitorinqlər aparır. Avtosfer.az-ın məlumatına görə, növbəti belə monitorinq Bakı Nəqliyyat Agentliyinin Baş direkoru Vüsal Kərimlinin iştirakı ilə “Xaliq Faiqoğlu”MMC-də keçirilib. Monitorinq zamanı MMC-nin təmir mərkəzinə baxış olub. Əsas diqqət müasir diaqnostika cihazlarının olmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə yönəldilib. Həmçinin mərkəzdə əməyin mühafizəsinin təşkili, avtobuslara gündəlik baxış və digər zəruri xidmətlərin göstərilməsi vəziyyəti yoxlanılıb. Təmir mərkəzində avtobusların daxili və xaricinin təmizlənməsi, sürücülərin xəttə çıxmamışdan əvvəl həkim müayinəsindən keçməsi üçün tibb məntəqəsinin, dispetçer, ehtiyyat hissələri üçün anbar və ofis otaqlarının olması barədə məlumat verilib.

Montorinqdə Bakı Nəqliyyat Agentliyi nəzdində fəaliyyət göstərən nəqliyyat sisteminin təkminləşdirilməsi üzrə xarici ekspert qrupunun rəhbəri Panaqiotis Rotopsaltis və agentliyin müvafiq şöbələrinin məsul şəxsləri iştirak edib.

Monitorinqin sonunda Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli “Xaliq Faiqoğlu” MMC-nin rəhbərliyinə sərnişinlərə göstərilən xidmətin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, tapşırıq və tövsiyyələrini verərək, yüksək xidmətin təkcə bir neçə marşrut xətti ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu qeyd edib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh