Saz vəziyyətdə olan avtomobilini texniki baxışdan keçirə bilmir - VİDEO

Xəbərlər 19 İyul 2016 23:52 Oxunub 25144
Saz vəziyyətdə olan avtomobilini texniki baxışdan keçirə bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alqayıt Rəhimov avtomobili texniki baxışdan keçirərkən maraqlı bir hadisə ilə qarşılaşıb

Texniki baxışa getdi, cərimələri olduğuna görə keçirə bilmədi. Bakı sakini Alqayıt Rəhimov avtomobili texniki baxışdan keçirərkən maraqlı bir hadisə ilə qarşılaşıb. Avtomobili saz olsa da texniki baxışdan keçməyib.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, texniki baxış zamanı avtomobilin sazlığı ilə yanaşı digər sənədləri də nəzərə alınır. Əgər avtomobilə həbs qoyulubsa, bu zaman sürücüdən avtomobil alınır və sürücü inzibati xətaya görə cəriməni ödənildikdən sonra sahibinə geri qaytarılır.

Bu ayın sonunadək qeyri-Rusiya istehsalı avtomobillərin texniki baxış müddəti sona çatır. Texniki baxışdan keçməyən vətəndaşlar-fiziki şəxslər 50, vəzifəli şəxslər 100,  hüquqi şəxslər isə 300 manat cərimələnəə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh