Benzin rekord həddə ucuzlaşdı – 1 litri 16 qəpik

Yeniliklər 21 İyul 2016 02:40 Oxunub 46632
Benzin rekord həddə ucuzlaşdı – 1 litri 16 qəpik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eskpertlər bunu təkcə neftin qiymətinin aşağı düşməsi ilə əlaqəli olmadığını bildiriblər

ABŞ-da benzinin qiyməti 16 qəpikdən də aşağı düşüb. Aznews.az ABC telekanalına istinadən xəbər verir ki, Miçiqan ştatının şəhərlərindən birində benzinin 1 litrinin qiyməti 10 sentdən (0,16 AZN) aşağı düşüb. Eskpertlər isə benzinin bu qədər ucuzlaşmasının təkcə neftin qiymətinin aşağı düşməsi ilə əlaqəli olmadığını bildiriblər. Məlumata görə, Hafton Taun şəhərində benzin qallonunun (təxminən 4 litr) qiyməti 47 sentə (0,75 AZN) qədər ucuzlaşıb. Bu isə son 10 il ərzində rekord ucuzlaşma hesab olunur. 

ABŞ-da benzin qiymətlərinin montorinqini edən ekspert Patrik De Haan bildirib ki, Miçiqanda özünü göstərən qiymət ucuzlaşması 3 yanacaqdoldurma məntəqəsi arasındakı qiymət müharibəsilə bağlıdır. Monitorinqin nəticələri göstərir ki, Hafton Taun şəhərindən başqa ölkədəki heç bir region neftin ucuzlaşmasına belə reaksiya verməyib. Hazırda ölkə üzrə qallonun orta dəyəri 1,89 dollar (3 AZN) təşkil edir. Bu isə 2015-ci ildəki orta dəyərdən 0,17 sent (0,27 AZN) aşağı göstəricidir. De Haan 2008-ci ildə neftin qiymətinin pik həddə olduğu zaman ölkə üzrə qallonun orta dəyərinin 4,12 dollar (6,54 AZN) olduğunu xatırladıb. Həmin vaxt bəzi yanacaqdoldurma məntəqələrində bu qiymət 6 dollar (9,52 AZN) həddinə çatırdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh