«Daewoo» avtomobilləri buraxılacaq - Azərbaycanda

Avtobazar 22 İyul 2016 16:45 Oxunub 1700
«Daewoo» avtomobilləri buraxılacaq - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili bazarla yanaşı, yeni modellərin xarici bazara çıxarılacağı gözlənilir

Azərbaycanda «Reno» və «Pejo» avtomobilləri ilə yanaşı, daha bir marka – «Daewoo» modelləri istehsal ediləcək. Söhbət İranın «Khodro» avtomobil şirkəti Azərbaycanın “Azevrocar” şirkətinin birgə istehsalından gedir. Şirkətlər arasında bağlanan müqaviləyə əsasən avtomobillər Neftçala Sənaye Məhəlləsində istehsal ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə “Azevrocar” şirkətindən fins.az-a verilən məlumata görə, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün artıq şirkətə şəhadətnamə verilib. Avqust ayında İran prezidentinin Azərbaycana səfərindən sonra zavodun təməlqoyma mərasimi olacaq.

Şirkətdən bildirilib ki, bundan sonra ehtiyat hissələrinin istehsalı ilə bağlı məsələlər də dəqiqləşəcək.İlkin razılaşmaya əsasən avtomobillərin ehtiyat hissələrinin 15-20 %-I “Azevrocar”ın Neftçaladakı zavodunda istehsalı planlaşdırılır.Ehtiyat hissələrinin 30-40%-i Bakı və Sumqayıtda yerləşən zavodlarda istehsal edilə bilər. Bununla bağlı tender keçiriləcək.

Şirkətlərin nümunə üçün istehsal etdikləri detal İrandakı Khodro zavoduna göndəriləcək. Kefiyyət qaneedici olarsa, yerli zavodlarla ehtiyat hissələrinin istehsalı ilə bağlı razılığa gəlinəcək.“Azevrocar”dan bildirilib ki, ehtiyat hissələrinin 40%-I, o cümlədən, əsas dəmir-tökmə detallar İranda istehsal ediləcək.

Şirkətdən verilən məlumata görə, «Reno» və «Pejo» avtomobillərindən sonra 2018-ci ildə «Daewoo»ların istehsalına başlanacaq. Avtomobilin minik modellərinin Azərbaycanda istehsalı gözlənilir. “Daewoo” modellərinin 10 min manat civarında satılacağı gözlənilir. Daxili bazarla yanaşı, yeni modellərin xarici bazara çıxarılacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh