Qadın killer məşhur jurnalistin maşınını belə partlatdı - VİDEO

Avtoreyd 23 İyul 2016 00:14 Oxunub 3086
Qadın killer məşhur jurnalistin maşınını belə partlatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pavel Şeremetin maşınının partladığı anın video görüntüsü yayılıb

Ukraynanın məşhur jurnalisti Pavel Şeremetin maşınının partladığı anın video görüntüsü yayılıb. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, görüntülərdə jurnalistin idarə etdiyi maşına partlayıcını qadın yerləşdirib. Həmçinin, bir kişi özünü sərxoş göstərərək ətrafdakılarının diqqətini özünə çəkərək həmin qadını sığortalayıb.

Qeyd edək ki, məşhur jurnalist sabah vətəni Minskdə dəfn olunacaq.

Xatırladaq ki, hadisə iyulun 20-də yerli vaxtla səhər saat 07:45-də baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh