Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM

Yeniliklər 23 İyul 2016 00:19 Oxunub 1255
Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi davam edəcək

Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın məlumatına görə, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon  manat ayrılıb. Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə isə  bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh