Metropolitendən yeni sosial layihə: işğal olmuş rayonlar haqda stendlər - FOTO

Yeniliklər 23 İyul 2016 00:46 Oxunub 1221
Metropolitendən yeni sosial layihə: işğal olmuş rayonlar haqda stendlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlar haqqında məlumatların əks olunması vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır

İyulun 22-dən Bakı metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib. Metropolitendən Avtosfer.az-a verilən məlumata görə, tədbir çərçivəsində “Azadlıq prospekti”, “Nəsimi”, “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Qara Qarayev”, “Neftçilər”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir. Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir.

Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh