Tarixdə ən uzağa taksi sifarişi Rekordlar Kitabında; 34908 km

Avtobazar 15 Avqust 2014 00:52 Oxunub 2771
Tarixdə ən uzağa taksi sifarişi Rekordlar Kitabında; 34908 km
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü bu sifarişə görə 64 min 656 dollar taksipulu alıb

Tarixdə ən uzağa taksi sifarişini 1994-cü ildə londonlu taksi sürücüsü Ceremi Levayn icra edib. Avtosfer.az xəbər verir ki, o, Ginnesin Rekordlar Kitabına düşən bu sifarişi London-Keyptaun-London marşrutu üzrə həyata keçirib. İki londonlu müştərinin sifarişi ilə 34908 kilometr məsafə qət edən taksi sürücüsü bu sifarişə görə 64 min 656 ABŞ dolları miqdarında taksipulu alıb. Səfər marşrutu Londonda başlayıb, Avropanın Şimalındakı və Şərqindəki ölkələrdən, Türkiyədən, Yaxın Şərqdən, Misirdən, Şimali Afrikadan, sonra Afrikanın Qərb sahillərindən keçib, Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə çatıb və daha sonra geriyə qayıdaraq Londonda yekunlaşıb.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh