Göyçayda körpü bərpa edilib - FOTO

Yeniliklər 23 İyul 2016 11:07 Oxunub 1474
Göyçayda körpü bərpa edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb

Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü qısa müddət ərzində bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

Avtosfer.az xəbər verir ki, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir. Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı ilə canlı qüvvə və texnika cəlb olunub. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilib, üzəri isə asfaltlanıb.

Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh