İlham Əliyevdən yolla bağlı 8,5 milyonluq - Sərəncam

Yeniliklər 23 İyul 2016 23:32 Oxunub 2948
İlham Əliyevdən yolla bağlı 8,5 milyonluq - Sərəncam
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolu yenilənəcək

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az” xəbər verir ki, sərəncamda deyilir:

“1. Səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon (səkkiz milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh