Bakının mərkəzində zibil küçəni basıb - VİDEO

Xəbərlər 24 İyul 2016 00:09 Oxunub 1850
Bakının mərkəzində zibil küçəni basıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xətai rayonu Əbilov küçəsində zibil küçənin ortasına tökülüb qalıb

Paytaxtın Xətai rayonu Əbilov küçəsində zibil küçənin ortasına tökülüb qalıb. Zibil qabları təmizlənsə də, ətrafına daşmış zibillər yığışdırılmayıb. Ərazi üfunət iyinə qərq olub.Criminal.az saytı xezerxeber.com-a istinadən bildirir ki, ərazidəki antisanitar vəziyyət ətrafdakı uşaqlar üçün daha çox təhlükə yaradır. Çünki tez tez zibilliyin içində oynayan uşaqları görmək mümkündür. Yerə tökülən zibilləri yığmaq əvəzinə mənzil kommunal sahəsinin işçiləri başqa variant da tapıblar. Yerə tökülmüş zibillər elə həmin ərazidə yandırılır. Vətəndaşlar qeyd edir ki, zibilliyin böyüməsinə bir səbəb də digər məhəllələrdə zibil qablarının az və ya ümumiyyətlə olmamasıdır.

Məsələ ilə əlaqədar 122 saylı mənzil-komunal istismar sahəsi ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilmədi. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh