"Nurgün Motors"un internet saytlarında İŞİD-ə aid - FOTOLAR

Avtoxəbər 24 İyul 2016 01:19 Oxunub 3806
"Nurgün Motors"un internet saytlarında İŞİD-ə aid - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İŞİD məşhur Azərbaycan şirkətinin saytlarını dağıdıb

Özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" "Nurgün Motors" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətləri hədəfə alıb. Avtosfer.az "APA-Economics"ə istinadən xəbər verir ki, şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn yerləşdirilib. Bundan başqa, saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. Bütün saytlarda yerləşdirilən mətn və video eynidir. Haker qrupu "Facebook" səhifəsində hücuma məruz qalan şirkətlərin rəsmi internet səhifələrinin siyahısını açıqlayıb: www.nissan.az, www.kyoto.az, www.vegastar.az, www.revansigorta.az, www.dongfeng.az, www.dfmc.az, www.beyazsud.az, www.besscoffee.az, www.bess.az, www.airfresh.az.

Bundan öncə olduğu kimi, bu dəfə də şirkətdən məsələ ilə bağlı münasibət öyrənmək olmayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh