Bakıda iki avtomobil toqquşdu: 4 yaralı

Qaydalar 24 İyul 2016 01:57 Oxunub 1636
Bakıda iki avtomobil toqquşdu: 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan ikisi qadın, digər ikisi isə kişidir

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayonu Xanlar küçəsində "Mercedes" markalı, 10 FK 970 dövlət qeydiyyat nişanlı minik avtomobili "Ford" markalı, 99 CT 249 nömrəli maşınla toqquşub. Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan ikisi qadın, digər ikisi isə kişidir.

Qəzaya səbəb qarşı yola çıxaraq ötmə aparmaqdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh