Polisin yaxaladığı şəxsin başqa cinayəti üzə çıxdı – BAKIDA

Gündəm 24 İyul 2016 10:35 Oxunub 1159
Polisin yaxaladığı şəxsin başqa cinayəti üzə çıxdı – BAKIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xuliqanın quldurluq əməli də var imiş

Bakıda xuliqanlıq etdiyinə görə tutulmuş şəxsin quldurluq etməsi də müəyyən edilib. Lent.az-ın məlumatına görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Bakı şəhər sakini Əhməd Həziyevə qarşı xuliqanlıq etmiş həmyerlisi Araz Məhərrəmov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 7-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təmraz Bəşirovla birgə Namiq Quliyevin 250 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə T. Bəşirov da tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh