Bazar günü yağış, külək, 33 dərəcə isti

Gündəm 24 İyul 2016 02:03 Oxunub 1212
Bazar günü yağış, külək, 33 dərəcə isti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-24, gündüz 26-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh