Üç uşaq anası özünü öldürdü - Oğuzda

Gündəm 24 İyul 2016 11:23 Oxunub 1156
Üç uşaq anası özünü öldürdü - Oğuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Oğuz rayonunda intihar hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, hadisə iyulun 23-ü axşam saat 20 radələrində rayonun Qarabulaq kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Əfsanə Məhəmməd qızı Azaxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. Üç uşaq anası olan 32 yaşlı Əfsanə Azaxovanın intihar səbəbi hələlik məlum deyil.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh