21 nəfər qarpız və qovundan zəhərlənib - Saatlıda

Gündəm 24 İyul 2016 11:28 Oxunub 1158
21 nəfər qarpız və qovundan zəhərlənib - Saatlıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlara lazımi yardım göstərilib

Hava şəraitinin isti keçməsi ilə əlaqədar günvurma ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artıb. Avtosfer.az xəbər verir ki, bu barədə Saatlı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan həmçinin bildirilib ki, qarpız , qovun, pomidor kimi tərəvəzlərdən zəhərlənmə halları da çoxalıb. Mövsüm ərzində bu tərəvəzlərdən istifadə etdikdən sonra narahatlıq hiss edən 21 nəfər xəstəxanaya müraciət edib. Onlara lazımi yardım göstərilib.

Saatlı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Etibar İbişov bildirib: “Pomidor, qovun və qarpızın çıxması ilə əlaqədar olaraq xəstələr bizə müraciət edirlər. Biz onlara mədələrini yumaqla və fiziloji məhlullar köçürməklə yardım göstəririk”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh