“07”nin sürücüsü velosipedçini vurub öldürdü

Qəzalar 25 İyul 2016 00:52 Oxunub 1016
“07”nin sürücüsü velosipedçini vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyçayda ağır qəza baş verib

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb. Rayonun Ləkçiplaq kənd sakini 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10-FS 469 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub. Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh