Bakıda şimşək, yağış olacaq

Gündəm 25 İyul 2016 01:04 Oxunub 1161
Bakıda şimşək, yağış olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buludlu hava şəraiti üstünlük təşkil edəcək

İyulun 25-nə Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə 75-85% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

İyulun 25-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 19-24° isti olacağı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh