Bakıda avtobusun əzdiyi üzgüçü kompensasiya gözləyir

Gündəm 25 İyul 2016 01:06 Oxunub 1235
Bakıda avtobusun əzdiyi üzgüçü kompensasiya gözləyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsi üçün bütün tədbirləri görüb

Ötən il Bakıda Avropa Oyunlarının açılışına bir gün qalmış Olimpiya şəhərciyinin ərazisində avtobusun vurub əzdiyi avstriyalı sinxron üzgücü Vanessa Sahinoviçin ailəsi hələ də kompensasiya ala bilmədiklərindən şikayətlənir. Avtosfer.az virtualaz.org-a istindən xəbər verir ki, Bakıda həmin qəzaya görə məsuliyyət daşıyanların məhkəmə prosesinin təcəzə yekunlaşdığı bir vaxtda avstriyalı sinxron üzgücü Vyananın Pfortshaym klinikasında əlil arabasında reabilitasiya kursunu davam etdirir. Onun aşağı ətrafları iflic olub və hərəkət qabiliyyətini itirib. Ailəsi deyir ki, qızlarının bu vəziyyətə salınmasına görə kompensasiya hələ də ala bilməyiblər və iş məhkəmə baxışı mərhələsindədir. 16 yaşlı Vanessa Sahinoviç son bir ildə Avstriyanın kurort bölgələrində reabilitasiya kursu keçib. Lakin onun hərəkət etmək qabiliyyəti bərpa olunmayıb. Reablitasiya kurslarında Vanessanı anası Azra müşaiyət edib, dörd yaş kiçik qardaşı Benyamin isə atası Safetlə birlikdə evdə qalıb. Azra və Safet Bosniyadandır. Vanessanın anası satıcı, atası çilingər işləyir. Ailənin mənzili ikinci mərtəbədə yerləşir və anası deyir ki, bu, qızlarına əlil arabasında mənzilə qalxıb-düşməkdə əlavə çətinlik yaradır. Azra deyir ki, Vanessa payızda əlil arabasında məktəbə gedib-gələcək, orada üzgücü rəfiqələri ilə ünsiyyətdə olacaq.

Xatırladaq ki, qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsi üçün bütün tədbirləri görüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh