Şirvanda maşın sərxoş piyadanı vurdu

Qəzalar 25 İyul 2016 01:09 Oxunub 1187
Şirvanda maşın sərxoş piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş olan 54 yaşlı piyada ağır xəsarətlər alıb

Bu gün Şirvanda avtomobil piyadanı vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Neftçala rayon sakini, 1958-ci il təvəllüdlü Ağayev Ruhulla Böyükağa oğlu idarə etdiyi "Mersedess" markalı "10 KU 357" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1963-cü il təvəllüdlü Babayev Qulam Yasəf oğlunu vurub. Sərxoş olan 54 yaşlı piyada ağır xəsarətlər alıb. Q. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh