İstirahətdən qayıdanlar reydə düşdü - 22 nəfər cərimələndi

Avtoxəbər 25 İyul 2016 02:37 Oxunub 2947
İstirahətdən qayıdanlar reydə düşdü - 22 nəfər cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydaları pozmuş sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dünən axşam Hacıkənd qəsəbəsində növbəti reyd keçirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, reyd zamanı 7 sürücünün avtomobili sərxoş vəziyyətdə aşkar etməsi, 5 sürücünün isə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi faktı aşkarlanıb. Reyd zamanı həmçinin 10 avtomobilin texniki baxışdan keçməməsi müəyyən olunub.

Qaydaları pozmuş sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəis müavini Elşad Nəbiyevin verdiyi məlumata görə, bu cür profilaktik reydlər istirahət zonalarında bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh