Yardımlıda iki kəndin yolu təmir olunub - VİDEO

Yazarlar 25 İyul 2016 11:09 Oxunub 1543
Yardımlıda iki kəndin yolu təmir olunub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb

“Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda iki kəndin yolu təmir olunub. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Bildirilir ki, təmir-tikinti işləri 1.1 km uzunluğunda olan Çay üzü və 2.3 km-lik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb.

Hər iki kəndə aparan yollar 46 km uzunluğunda olan yerli əhəmiyyətli Yardımlı-Deman-Avana avtomobil yolundan ayrılır. Çay üzü kəndinə gedən yol sözügedən avtomobil yolunun 4.2-ci km-dən, Perimbel yolu isə 10-cu km-dən ayrılır.

İşlər çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9900 m2 sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 6600 m2 sahəsi 6 metr enində asfaltlanıb. Bundan başqa hər bir istiqamət üzrə 1.5 metr enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3300 m2 sahəni əhatə edib.

Analoji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16100 m2 sahəsinə 7 metr enində çınqıl əsası tökülərək, kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10350 m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6900 m2 sahədə 1.5 metr enində çiyinlərin yenidən düzəldilməsi işləri də aparılıb.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh