Bakıda polisin idarə etdiyi avtomobil qəzaya düşdü

Yol polisi 25 İyul 2016 14:45 Oxunub 2142
Bakıda polisin idarə etdiyi avtomobil qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-21150” və “VAZ-21041” markalı avtomobillər toqquşub

Bakı şəhəri, Sabuncu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, Zabrat-Maştağa şossesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi “VAZ-21150” və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini 1960-ci il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh