Günəş enerjisi ilə çalışan təyyarə dünya turunu tamamladı – VİDEO

Texnologiya 26 İyul 2016 12:15 Oxunub 1949
Günəş enerjisi ilə çalışan təyyarə dünya turunu tamamladı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kreyser sürəti saatda 70 km təşkil edir

Günəş enerjisi ilə işləyən “Solar İmpulse 2” təyyarəsi dünya turunun son mərhələsini tamamlayaraq Abu Dabi hava limanına uğurlu eniş edib.

Avtosfer.az xəbər verir ki, bu barədə layihənin “Twitter” səhifəsində məlumat verilib.

“Solar İmpulse 2” dünya turuna 2015-ci il martın 9-da məhz Abu Dabidən başlamışdı. Dünya turunun iyulun 17-də başa çatması nəzərdə tutulurdu, lakin pilot Bertran Pikarın səhhətindəki problemə əlaqədar təyyarənin uçuşu bir müddət dayandırılıb.

“Solar İmpulse 2” dünyada günəş enerjisi ilə çalışan ilk pilotlu təyyarə olan “Solar İmpulse 1”in təkmilləşdirilmiş versiyasıdır. Mühəndislər yeni modelin işlənib hazırlanması ilə 2 il məşğul olublar. Təyyarə akkumulyator batareyalarına yığılan enerjinin hesabına vaxt məhdudiyyəti olmadan havada qala bilər. Təyyarənin səthində 16 mindən çox günəş batareyası var. Kreyser sürəti saatda 70 km təşkil edir. Qanadların uzunluğu isə “Boeing 747”nin qanadlarından böyükdür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh