Bakıda maşının sükanını dəyişən sürücü qəzada öldü - Yastıqlar açılmayıb

Avtoxəbər 26 İyul 2016 12:11 Oxunub 4839
Bakıda maşının sükanını dəyişən sürücü qəzada öldü - Yastıqlar açılmayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes"lə "avtoş"luq edən sürücü avtobus dayanacağına girib

Bakıda avtomobil 3 piyadanı vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı, 90 LB 230 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, "Mercedes"in sürücüsü hadisə yerində keçinib. O, həmin vaxt sürət həddini aşaraq təhlükəli manevrlər edirmiş. Buna görə də avtomobil idarəetmədən çıxıb və avtobus dayanacağına girib. Şahidlər bildirir ki, həmin avtomobilin sükanı da dəyişdirilibmiş. Belə ki, normal sükandan fərqli olaraq, sürücü "Mercedes"ə "avtoş"ların sevimlisi olan kiçik həcmli sükan qoyubmuş. Buna görə də, avtomobil qəzaya düşərkən təhlükəsizlik yastıqları açılmayıb. 

Hadisə ilə bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh