Dünyanın ən bahalı qarajı satıldı - FOTO

Avtodünya 26 İyul 2016 13:19 Oxunub 2310
Dünyanın ən bahalı qarajı satıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarajı 670 min funt-sterlinqə, yəni təqribən 875358 dollara alıblar

Londonda bir qaraj ağlasığmaz qiymətə satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az daily mail-ə istinadən bildirir ki, Londonun cənub-qərbindəki dəbdəbəli Çelsi səmtində, Temza çayının sahilində iki bina arasındakı "boşluq"da inşa olunmuş qarajı 670 min funt-sterlinqə, yəni təqribən 875358 dollara alıblar. "Savills Auctions" hərracında satılmış qarajın ilkin satış qiyməti 525 min funt-sterlinq idi. Bu isə İngiltərədə orta statistik evin qiymətindən 2,5 dəfə bahadır.

Dünyanın ən bahalı qarajı "Köhnə Çelsi" səmtində, 18-ci əsrdə həbsxana və məhkəmə binasının yerləşdiyi "Justice Walk"la üzbəüzdür. Rusiyalı milyarder Roman Abramoviç və məşhur müğənni Mik Caqqerin malikanələri bu səmtddədir.

http://img.milli.az/2016/07/26/455142_01.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh