Məcburi köçkünlər yolu bağlayıb – VİDEO

Yazarlar 26 İyul 2016 15:37 Oxunub 1512
Məcburi köçkünlər yolu bağlayıb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aksiyaya səbəb sosial problemlər göstərilir

İyulun 26-da Bakının Dərnəgül qəsəbəsində məskunlaşan bir qrup məcburi köçkünün ərazidəki avtomobil yolunu bağladıqları bildirilir.  Aksiyaya səbəb sosial problemlər göstərilir. Avtosfer.az xəbər verir ki, bu barədə Dərnəgüldəki yataqxanalarda məskunlaşan məcburi köçkünlərdən Murad Şahmərdanov «turan»a deyib ki, son bir neçə ay ərzində sosial vəziyyətləri durmadan ağırlaşır.

 

SU, ELEKTRİK PROBLEMİ

 

«Bu ilin əvvəlindən elektrik verilməsində, su təminatında problemlər artıb. Su, onsuz da, daimi problemdir. Bu azmış kimi, elektrik problemi də əlavə olundu. Tez-tez işıqlar keçir. Bundan başqa, elektrik tez-tez artır. Soyuducular, televizorlar, başqa elektrik avadanlıqları buna dözməyib sıradan çıxır. Burdakı yataqxanalarda məskunlaşanların, az qala, hamısı hər gün bunun əziyyətini çəkirlər», - deyən M.Şahmərdanov əlaqədar qurumlara - icra hakimiyyətinə, su, işıq idarələrinə müraciətlərinə baxılmadığını bildirib.

M.Şahmərdanovun deməsinə görə, problemlərə etiraz edən sakinlər ərazidəki yarmarkanın qarşısından keçən əsas yolu bağlayıblar. Yalnız bundan sonra yerli icra hakimiyyətinin nümayəndəsi onları dinləməyə gəlib.

 

VƏD VERİLİB

 

M.Şahmərdanov qeyd edir ki, nümayəndə problemin araşdırılıb yoluna qoyulacağına söz verib.

Əraziyə Yol Polisi, Post-Patrul Xidməti əməkdaşlarının da gəlməsindən sonra köçkünlər yolu boşaldıblar.

Aksiyada qaldırılan problemlərə Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh