Pirallahının yollarına 3,8 mln. manat ayrıldı

Yeniliklər 26 İyul 2016 18:11 Oxunub 1088
Pirallahının yollarına 3,8 mln. manat ayrıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, sənədə əsasən, Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb. Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh