Polisin reyddə saxladığı sürücü: "Bir manatın dalına düşmüşük də, nə deyim?" - VİDEO

Yol polisi 26 İyul 2016 18:15 Oxunub 8016
Polisin reyddə saxladığı sürücü: "Bir manatın dalına düşmüşük də, nə deyim?" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlər davam etdiriləcək

Sabirabad rayonunda Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən reyd keçirildi. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, yol hərəkəti qaydalarını pozan sürücülərin idarə etdikləri avtomobillər saxlanıldı. Avtomobili sürücülük hüququ olmadan, sərxoş halda idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, ötmə qaydalarını pozan sürücülər barəsində protokollar tətbiq edildi. Avtomobildə görməni tam məhdudlaşdıran pərdələrdən istifadə edən və nəqliyyat vasitəsinin konstruksiyasına digər dəyişikliklər edən sürücülər barəsində də tədbirlər görüldü. Bu zaman polis əməkdaşları ilə sürücülər arasında maraqlı məqamlar yaşandı.

Polis əməkdaşı sürücülərdən birinə deyib:

- Olmaz

Sürücü: Nə olmaz

Polis: Plyonka

Sürücü: Olmaz çıxart

Polis əməkdaşı digər sürücüyə isə deyib: "İnzibati qaydada cərimə olunacaqsınız. Bu reklamla bağlı nə deyə bilərsiniz".

Sürücü: "Reklamdır da! Bir manatın dalına düşmüşük də, nə deyim? Heç nə".

Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Rasim Əliyevin sözlərinə görə, reydlərin keçirilməsinin əsas məqsədi, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, o cümlədən kobud surətdə qaydaları pozan sürücülərin aşkarlanmasıdır. Reydlər davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh