Avtomobil alarkən nömrəni üstündə saxlamağın qaydası - Kamran Əliyevdən açıqlama - VİDEO

Avtoxəbər 27 İyul 2016 00:07 Oxunub 24627
Avtomobil alarkən nömrəni üstündə saxlamağın qaydası - Kamran Əliyevdən açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonlar üzrə verilən avtomobil seriya nömrələri mahiyyətini itirir

Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. Həm də az məbləğli rüsumlar ödəməklə. Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev bildirir ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır. Avtomobilin seriya nömrəsi dəyişilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır. Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriyasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduğunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Yeni alınan avtomobillərə isə bu qaydalar şamil edilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh