Şəkidə yol qəzasında 5 nəfər yaralandı - SİYAHI

Qəzalar 27 İyul 2016 02:33 Oxunub 1185
Şəkidə yol qəzasında 5 nəfər yaralandı - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ" markalı iki avtomobil toqquşub

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Daşüz kənd sakini, Bilal Cəlal oğlu Abdulkərimovun idarə etdiyi "VAZ 2106" markalı 55 BK 471 dövlət nömrə nişanlı avtomobillə rayonun aşağı Göynük kənd sakini 1955-ci il təvəllüdlü Abdurahman Kərim oğlu Abdurahmanovun idarə etdiyi "VAZ 21099" markalı 55 BM 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü Bilal Abdulkərimov, Abdurahman Abdurahmanov və Bilal Abdulkərimovun maşınında sərnişin qismində olan bir ailənin üç üzvü, rayonun Aşağı Göynük kənd sakinləri 1984-cü il təvəllüdlü Esmira Ehtiram qızı Əlimərdanova, onun övladları 2001-ci il təvəllüdlü Zenfira İlqar qızı Əlimərdanova və 2009-cu il təvəllüdlü Tərlan İlqar oğlu Əlimərdanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Şəki RMX-dan verilən məlumata görə, yaralılardan Zenfira Əlimərdanovun vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar ilə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh