Şəmkirdə iki "VAZ" toqquşdu - 5 yaralı

Qəzalar 27 İyul 2016 02:36 Oxunub 1072
Şəmkirdə iki "VAZ" toqquşdu - 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan bir nəfərin vəziyyəti orta-ağır olduğu üçün palataya yerləşdirilib

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatlna görə, hadisə rayonun Kür qəsəbəsindən Yeniabad kəndinə gedən yolda qeydə alnıb. “VAZ 2106” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Yaralılardan bir nəfərinin Kür qəsəbə sakini, 1994-cü il təvəllüdlü Samirə Əmirovanın vəziyyəti orta-ağır olduğu üçün palataya yerləşdirilib. Digər 4 nəfərə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh