Yol polisi sürücülük vəsiqəsini sürücüdən nə vaxt ala bilər? - VİDEO

Qaydalar 27 İyul 2016 02:42 Oxunub 33135
Yol polisi sürücülük vəsiqəsini sürücüdən nə vaxt ala bilər? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi ilə sürücü arasında daha bir mübahisəli məsələ yaranıb

Sürücülərlə yol polisləri arasında mübahisələr davam edir. Mübahisə yaradan daha bir məqam onunla bağlıdır ki, sürücünün ünvanına elektron protokol gəlmir, amma yolda saxlayıb cərimə ballarının 20-ni keçdiyini deyir və sürücülük vəsiqəsini tələb edirlər. Bu isə qanunvericiliyə uyğun deyil. Sürücünün başına gələn bu hadisə daha bir özbaşnalıq faktını gündəmə gətirir.

Sürücülük hüququnun hansı halda məhdudlaşdırılması, eləcə də vəsiqənin alınması İnzibati Xətalar Məcəlləsi və "Yol hərəkəti haqqında" qanunda açıq-aşkar öz əksini tapır. Qüvvədə olan cərimə ballarının cəmi 20-ni ötərsə, o zaman sürücülük hüququ məhdudlaşdırıla bilər. Cərimə ballarının qüvvəyə minməsi üçün qayda pozuntusu ilə bağlı tərtib edilən elektron protokol mütləq sürücüyə çatdırılmalıdır.

Sürücüyə bütün elektron protokollar çatdırıldıqdan sonra, onun cərimə balları 20-ni keçərsə, yolda sırf buna görə saxlanılsa da, vəsiqə əlindən alına bilməz. Qanun bunu deyir, polis isə başqa şey tələb edir.

Sürücülük vəsiqəsi yalnız bir halda sürücüdən alına bilər. Bu zaman da bütün elektron protokolların sürücüyə verilməsi şərtdir. Polisin bort kompyuterində olması, qərarın qüvvəyə minməsi demək deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh