Zığ və Masazır sürüşmə sahələrində aktivlik müşahidə olunur - ETSN

Gündəm 27 İyul 2016 11:34 Oxunub 1013
Zığ və Masazır sürüşmə sahələrində aktivlik müşahidə olunur - ETSN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Son günlər atmosfer yağıntıları düşməsə də, torpaq qatında quraqlıqdan genişlənmələr baş verir"

“Hazırda Zığ və Masazır sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur”. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, Masazır sürüşmə sahəsindəki mövcud çatların enində müəyyən genişlənmələr müşahidə olunur: “Son günlər atmosfer yağıntıları düşməsə də, torpaq qatında quraqlıqdan genişlənmələr baş verir. Bununla bərabər, sürüşmə prosesinin özündə də müəyyən qədər aktivlik var”.

R.Həsənov qeyd edib ki, Dağüstü park və Şəhidlər xiyabanında quraşdırılmış mayaklara hər hansı bir dəyişiklik qeydə alınmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh