Bakı-Tbilisi-Qars layihəsinin 87%-i tamamlanıb - Türkiyə hissəsində

Gündəm 27 İyul 2016 11:35 Oxunub 953
Bakı-Tbilisi-Qars layihəsinin 87%-i tamamlanıb - Türkiyə hissəsində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bizim hədəfimiz bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır"

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsində aparılan işlərin böyük hissəsi tamamlanıb". Avtosfer.az "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

"Texniki işlərə nəzarət edən şəxslərlə mövcud durumu və qarşıda görüləcək işləri müzakirə etdik. Hal-hazırda Qars çayı üzərində tikinti işləri aparılır. Hal-hazırda körpülər üzərində aparılan işlər bitmək üzrədir. Qars çayı üzərindən körpünün tikintisi avqustda bitəcək. Qrafikə nəzər saldıqda məlum olur ki, işlər çox sürətli şəkildə həyata keçirilir", - deyə nazir bildirib.

Ə.Arslan əlavə edib ki, layihənin Türkiyə ərazisində reallaşan hissəsində işlərin 87%-i tamamlanıb: "Bizim hədəfimiz bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh