Seksual cinayətkarlar xədim olunacaq - Türkiyədə

Yeniliklər 27 İyul 2016 11:49 Oxunub 1296
Seksual cinayətkarlar xədim olunacaq - Türkiyədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu müalicədən yayındıqda əlavə məsuliyyətə cəlb ediləcəklər

Türkiyədə zorlama cinayəti üzrə məhkum olunanlar kimyəvi kastrasiyaya məruz qalacaqlar. Avtosfer.az kulis.az-a istinadən məlumatına görə bu barədə xəbər Türkiyənin Rəsmi qəzetində çap olunub.

Qanuna edilən dəyişikliyə əsasən seksual xarakterli cinayət törədənlər məhkəmə qərarı ilə azadlıqdan məhrum edildikləri və ya şərti azadlığa buraxıldıqları zaman məcburi qaydada cinsi istəyi azaldan tibbi müalicə üsulundan yararlanacaqlar. Bu müalicələr cinayətkarların cinsi istəyinin azaldılmasına və ya tamamilə məhv edəcək.

Seksual xarakterli cinayət törədənlər bu müalicədən yayındıqda əlavə məsuliyyətə cəlb ediləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh