Cinsi azlıqlar niyə özlərini reklam edirlər? - Şok səbəblər

Gündəm 27 İyul 2016 11:53 Oxunub 1599
Cinsi azlıqlar niyə özlərini reklam edirlər? - Şok səbəblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Çalışırlar ki, fərqli görünsünlər, onları izləyənlərin gülüş və sevgisinə layiq görülsünlər"

Son vaxtlar Azərbaycanda qeyri-ənənəvi cinsi mənsubiyyətli insanların özlərini ictimaiyyətə  nümayişkaranə şəkildə təqdim etməsi halları atrıb. Bir neçə il öncə bu cür insanlar ictimailəşməkdən çəkinirdilərsə, indi əksinə, istər sosial şəbəkələrdə, istərsə də hansısa məclislərdə çəkinmədən özlərini reklam edirlər. Elə dünən sosial şəbəkələrdə geniş müzakirə olunan Bakının "Qızıl Qaya" restoranında  keçirilən toyun da göstəri olması məlum oldu. Son vaxtlar Azərbaycanda cinsi azlıqların özlərini reklam etmələrinin səbəbi nədir?

Avtosfer.az xəbər verir ki, bu barədə sosioloq Cavid İmamoğlu "qaynarinfo.az"a bunun səbəblərindən danışıb. 

Sosioloq bildirib ki, sosial şəbəkələrin yaranmasının bu məslədə xüsusi rolu olub:"Müşahidələr göstərir ki, qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlar ənənəvi cəmiyyətlərdə özlərini streotipli göstərməyə meyilli olurlar. Yəni, onlar cəmiyyətin neqativ təsirini daima öz üzərlərində gördükləri üçün hərəkətlərinə limit qoyur və mümkün qədər müşahidə obyekti olmaqdan çəkinirlər. Belə qrup insanlar özlərini daha çox sosial şəbəkələrdə, virtual dostların dəstəyi ilə reallaşdırırlar. Daim sevgi və diqqətə ehtiyacı olan bu qrup insanlar sosial şəbəkə və ya digər bu tipli virtual mənbələrdə dəstəklənmək üçün əllərindən gələni edirlər. Çalışırlar ki, fərqli görünsünlər, onları izləyənlərin gülüş və sevgisinə layiq görülsünlər".

C.İmamoğlu deyib ki, cəmiyyətin onları gülüş obyektinə çevirməsi də onları daim özlərini təqdim etmək yolları aramağa vadar edir:"Seksual orientasiyanın fərqli olması insanları lağ obyektinə çevirməməmlidir. Bizim reallıqda isə sosial şəbəkələrdə camaatımız belə insanların paylaşdığı videoaları lağ-lağı ilə paylaşır və bundan zövq alırlar. Buna görə də onlar daim özlərini təqdim etmək formaları axtarırlar. Fərqli sözlər və fikirlər irəli sürmək, fərqli hərəkətlər etmək hesabına cəmiyyətdə fərqlənmək, diqqət cəlb etmək və populyarlıq qazanmaq fikrinə düşürlər ki, bu da əslində normal hal deyil. Normal sosial fərdlər öz ünsiyyət bacarıqları, davranışları, tutaq ki, savadı, ictimaiyyətə xeyir verə bilən fəaliyyətləri ilə fərlənməyə çalışmalıdırlar". 

Sosioloq deyib ki, fəqli cinsi oriyentasiyalı insanlardan bir qismi isə avropa ölkələrinə üz tutmaq üçün mümkün qədər populyarlaşmaq istəyirlər: "Onlardan bir qismi isə avropa ölkələrinə köçmək üçün bəhanə axtarırlar. Onlar avropa ölkələrində sığınacaq almaq üçün sosial şəbəkələrdə özlərinə qarşı olan münasibətləri dəlil kimi göstərirlər.

Sosioloq onların bu cür populyarlaşmaqla portnyor tapmaq niyyətləri ola biləcəyini də istisna etməyib: "Amma bu, az hallarda ola bilər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh